İranlı diplomat Azərbaycandan çıxarıldı
25 Noyabr 2013 09:20 (UTC+04:00)
İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə ötən gün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb.
Bununla bağlı İran Azərbaycana nota verib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Ə.Əhmədzadənin viza problemi olub, ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycandan çıxarılıb.
Bununla bağlı hələki Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.(trend)