İnternat məktəbinin yataqxanası yanır

25 Noyabr 2013 17:45 (UTC+04:00)
Sumqayıt şəhərində internat məktəbinin yataqxanasında yanğın başlayıb. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yataqxananın birinci mərtəbəsində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yataqxanada məskunlaşan şəxsləri təxliyyə edib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

AzNews.az