Əzizə Mustafazadə Antalyada konsert verdi

25 Noyabr 2013 18:00 (UTC+04:00)

Antalya Böyük şəhər Bələdiyyəsinin "Şəhərdə musiqi var" şüarıyla bu il sayca 14-cü dəfə təşkil etdiyi festivalda azərbaycanlı cazmen Əzizə Mustafazadə də konsert verib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fusion və caz növündəki əsərləriylə olduqca maraqla qarşılanan Ə.Mustafazadə güclü səsiylə də dinləyənlərə xoş ovqat bəxş edib. Sənətçi Aşiq Veysəlin "Uzun İncı Bir Yoldayam" adlı əsərini də oxuyub. Təxminən 1,5 saat davam edən konsertə sənətsevərlər olduqca böyük maraq göstərib.
Festival noyabrın 30-a qədər fərqli əsərlərlə davam edəcək.

AzNews.az