İki tələbəni maşın vurdu

25 Noyabr 2013 18:06 (UTC+04:00)
Bakıda yolu keçmək istəyən iki tələbəni maşın vurub.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev Prospektində 23-cü polis bölməsinin qarşısında qeydə alınıb.

90 JJ 571 dövlət nömrə nişanlı "İsuzu" markalı yük avtomobili yolu keçən peşə məktəbinin ikinci kurs tələbələri - 1993-cü il təvəllüdlü Elnarə Şakir qızı Həsənlini və 16 yaşlı Təbriz Nəriman oğlu Tağıyevi vurub. Hər iki piyada ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az