Liviyada hakimiyyət rəsmi təhvil verildi

9 Avqust 2012 07:25 (UTC+04:00)

Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyanı idarə edən Milli Keçid Şurası rəsmən hakimiyyəti yeni seçilmiş parlamentə təhvil verilib. AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, mərasim Tripolidə Şuranın sədri Abdel Cəlilin iştirakı ilə keçirilib.

Xatırladaq ki, Liviyada keçirilmiş parlament - Milli Konqresə seçkilərdə sabiq baş nazir Mahmud Cibrilin başçılıq etdiyi liberallar koalisiyası bloku – "Milli Qüvvələrin Alyansı" qalib gəlib. Əsasən dünyəvi partiyaların yer aldığı parlament Liviya yeni hökumətini formalaşdıracaq.


AzNews.az