“Elektron Hökumət” 100 000 izləyici səddini aşdı

26 Noyabr 2013 09:42 (UTC+04:00)

"Elektron Hökumət" 100 000 izləyici səddini Facebook səhifəsində keçən ilk dövlət müəssisəsi olub.

Məlumat HesablamaMərkəzinin direktoru Nail Mərdanov AzNews.az-a açiqlamasinda bildirib ki, Azərbaycan hökumətinin əsas məqsədlərindən biri kimi, vətandaşlara göstərilən xidmətlərin rahat və operativ çatdırılması məsələsi ön plana çəkilir:

"Bu məqsədlə göstərilən xidmətlərin rahat əldə olunması üçün müxtəlif tədbirlər görülür, o cümlədən təqdim olunan xidmətlər elektronlaşır və nəticə kimi hökumətlə vətəndaş arasında münasibətlər yüksək templə elektron məkana keçir. Bu tədbirlər sırasında məmur və vətandaş arasında operativ əlaqələrin yaradılması vacib məsələlərdən biri hesab edilir. Bu səbəbdən də bir çox dövlət xadimləri və təşkilatları müxtəlif sosial şəbəkələrdə öz səhifələrini yaradırlar".

N.Mərdanov hesab edir ki, Facebook sosial şəbəkəsi bunların arasında ətrafına daha çox istifadəçi toplaya bilib: "Facebook öz-özlüyündə elə bir ideologiya həyata keçirir ki, insanların bir-biri ilə dostlaşması və məlumat paylaşılması üçün ən ideal bir məkana çevrilib

Bu gün "Elektron Hökumət" Portalının facebook səhifəsi (" www.facebook.com/egov.az) dövlət qurumları və müəssisələri arasında 100 000 izləyici səddini keçən ilk dövlət müəssisəsinin səhifəsidir".

Qeyd edək ki, izləyicilər səhifə vasitəsilə Elektron Hökumət quruculuğunda həyata keçirilən işlər barədə məlumatlarla tanış ola bilər, həmçinin elektron xidmətlərlə bağlı yaranan sualların operativ cavablandırılması üçün səhifənin inzibatçılarına ünvanlaya bilərlər.

"Elektron hökumət" Portalı- dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən göstərilən xidmətlər burada elektron mühitdə təqdim edilir.

Ruhiyyə
AzNews.az