KIV-ə senzura tətbiq edən MDB dövlətlərinin siyahısı açıqlandı

9 Avqust 2012 12:58 (UTC+04:00)


Beynəlxalq Jurnalistləri Müdafiə komitəsi Kütləvi İnformasiya Vasitələrinə (KİV) ən güclü senzura tətbiq edən MDB dövlətlərinin siyahısını açıqladı. İlk onluğa keçmiş Sovet İttifaqı dövlətləri də daxil edilib. Ən pis göstərici Özbəkistan və Belarusiyaya məxsusdur. Azərbaycan və Türkmənistan isə senzura göstəricilərinə görə nisbətən arxa sıralarda yer alır. AzNews.az pravda. ru saytına istinadən xəbər verir ki, digər MDB ölkələri də bu siyahıda öndədir və hətta onlar "qismən azad ölkələr" siyahısına da düşməyib. MDB ölkələrindən yalnız Ukrayna 2011- ci ilə qədər bu qrupa daxil edilmirdi və senzura baxımından "azad ölkələr" qrupuna daxil idi. Yanukovic hakimiyyətə gəldikdən sonra Ukrayna "azad ölkələr" siyahıdan çıxarıldı. Artıq bir neçə ildir ki, siyahıda Rusiya, Belarusiya, Azərbaycan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan "qeyri-azad ölkələr" siyahısında yer alır. Mövzu ilə bağlı Mətbuat Şurasının mövqeyini öyrəndik. Adı çəkilən qurumun icraçı katibi Rəhim Hüseynzadə saytımıza bildirdi ki, Azərbaycanda senzura 1998- ci ildə mərhum prezident Heydər Əliyev dövründə ləğv olunub: "O ki, qaldı senzuranın mömcud olub-olmamasına, bunun üçün sadəcə Azərbaycanda çıxan qəzetlərə və onların dərc etdikləri materallara baxmaq kifayətdir".


Sadiq

AzNews.az