Səlim Müslümov: “Prezident mənə tapşırdı ki, birinci oranı təmizlə”

29 Noyabr 2013 15:39 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosisal müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi iclada əlilliyin təmin olunması və dərəcələrin verilməsi ilə məşğul olan tibbi sosial ekspert kommisyalarının (TSEK) rəhbərlərini cəzalandırıb.

Nazir yol verdiyi nöqsanlara görə elə iclas zalındaca 14 zona komissiyasının rəhbərini tutduğu vəzifədən azad edib.

AzNews.az ANS-ə istinadən xəbər verir ki, nazir ilk növbədə tibbi sosial ekspert komissiyasının işinə diqqət yetməsinin təsadüfi olmadığını deyib: "Bu barədə mənə cənab prezident tapşırdı ki, ilk növbədə oranı təmizlə. Çünki TSEK çirkaba bulaşıb".

Qeyd edək ki, nazir iclasda nazir müavininə tapşırıq verib ki, ilin sonuna kimi arayış sistemi ləğv olunsun və bu sistem tamam elektronlaşdırılsın. Səlim Müslümov həmçinin əlilərin, ev növbəsinə, maşın növbəsinə duranların siyahısının çıxarılması tapşırığını da verib.

AzNews.az