“Azərsu”da kadr dəyişikliyi – Özəl
30 Noyabr 2013 15:02 (UTC+04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi aparılıb.
AzNews.az – ın məlumatına görə, qurumun Nizami rayon Su-Kanal İdarəsinin rəisi Mahir Cəfərli vəzifəsindən azad edilib.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzNews.az-a açıqlamasında bunu M.Cəfərlinin yeni vəzifəyə təyinatı ilə əlaqələndirib.
Onun sözlərinə görə, M.Cəfərli bundan sonra qurumun mərkəzi Aparatında çalışacaq. Belə ki, o, texniki şöbəyə müdir təyin edilib.
Nizami rayon Su-Kanal İdarəsinin rəisi vəzifəsi isə hələlik boşdur.
Ruhiyyə
AzNews.az