Ata oğul qatili oldu

9 Avqust 2012 16:09 (UTC+04:00)


Azərbaycanda ata oğlunu televizor pultu üstündə bıçaqlayıb. AzNews.az Lent.az-a istinadən xəbər verir ki, qanlı olayKürdəmir rayonunda baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Cəyli kənd sakini 1971-ci il təvəllüdlü Bağırov Vahid Ağamirzə oğlu 1995-ci ildə anadan olmuş oğlu Bağırlı Xalidi bıçaqlayıb. 

17 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun üzərində cərrahiyyə əməliyyatı aparıb və yaralının həyatı üçün yaranmış təhlükə sovuşub. Hadisəyə ailədə televizora baxmaq üçün yaranmış mübahisə səbəb olub. Belə ki, V.Bağırovun oğlu atasının əlindən televizor pultunu alıb və başqa kanala baxmaq istədiyini deyib. Oğulun bu hərəkəti atanı özündən çıxarıb və o, bıçağa əl atıb. V.Bağırov hər hansı xəstəxanada qeydiyyatda olmasa da, əsəb xəstəliyindən müalicə olunur.


AzNews.az