Bu gün “Junior Eurovision-2013”ün finalıdır

30 Noyabr 2013 20:58 (UTC+04:00)
Noyabrın 30-da Kiyev vaxtı ilə 20.00-da (Bakı vaxtı ilə 22.00-da) "Ukrayna" Milli İncəsənət Sarayının səhnəsində uşaqlar arasında "Eurovision-2013" mahnı müsabiqəsinin finalı olacaq. Finalda Azərbaycanı Rəşid Behbudov adına uşaq musiqi məktəbinin 10 yaşlı şagirdi Rüstəm Kərimov təmsil edəcək.

Budəfəki müsabiqədə aşağıdakı sıra ilə çıxış edəcək ölkələrin 12 gənc nümayəndəsi iştirak edir: 1.İsveç, 2.Azərbaycan, 3.Ermənistan, 4.San-Marino, 5.Makedoniya, 6.Ukrayna, 7.Belarus, 8. Moldova, 9.Gürcüstan, 10.Niderland, 11.Malta, 12.Rusiya.
Musiqi şousundan əvvəl tamaşaçılara uşaqlar arasında "Eurovision" mahnı müsabiqəsi barədə sənədli film və müsabiqənin gündəliyi nümayiş etdiriləcək.
Final mərhələsinin fəxri qonaqları qismində böyüklər arasında "Eurovision" müsabiqəsinin qalibləri – Ruslana (Ukrayna, 2004) və Emmili de Forest (Danimarka, 2013) çıxış edəcəklər.(Azər Tac)