Əfsanəvi aktyor Yuri Yakovlev vəfat etdi

30 Noyabr 2013 22:52 (UTC+04:00)
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, SSRİ - nin xalq artisti Yuri Yakovlev bu gün Rusiyanın paytaxtındakı özəl klinikalardan birində vəfat edib. Bu xəbər çoxlarını matəmə saldı. Yaxın dostunun ölümü haqda Eldar Ryazanova ümumiyyətlə hələ xəbər verilməyib, qorxublar ki, bu acı xəbərdən onun ürəyi tab gətirməsin.
Yakovlevlər ailəsinin rəfiqəsi deyib ki, aktyorun vəziyyəti hələ bir həftə əvvəl pisləşib. Yuri Yakovlev teatra gedərkən küçənin ortasında yıxılıb və hüşunu itirib. Sonra o özü qalxıb, evə qayıdıb və həkim çağırılmasını məsləhət bilməyib. Bir neçə gündən sonra o ikinci dəfə hüşunu itirib və bu dəfə təcili yardımsız ötüşməyib.
Aktyorun qızı etiraf edib ki, onun atası çoxdan ağır xəstəlikdən əziyyət çəkirmiş. Dostları isə deyir ki, o heç vaxt sağlamlığından şikayətçi olmayıb.
Ən yaxşı həkimlər aktyoru xilas etməyə çalışıblar, amma nəticəsi olmayıb. Böyük aktyor özünə gəlmədən vəfat edib.

Əli
AzNews.az