İran-Azərbaycan sərhədində atışma: 1 ölü, 2 yaralı

2 Dekabr 2013 08:07 (UTC+04:00)
Dekabrın 1-də tarixdə saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib, bir nəfər hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb.

Bu barədə məlumatı AzNews.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Yaralılara ilkin tibbi yardım göstərilmiş, vəziyyətləri kafidir.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən araşdırma tədbirləri aparılır.

Elnarə
AzNews.az