Füzuli Ələkbərovun rüşvət aldığı məmurların siyahısı hazırlanır – Özəl

2 Dekabr 2013 11:28 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilən Səlim Müslümovla bağlı AzNews.az-a ilginc məlumat daxil olub.

Məlumata görə, yeni nazir özündən əvvəl bu vəzifəni tutmuş Füzuli Ələkbərovla bağlı kompromat toplamağa başlayıb.

Nazir bu məlumatlara əsasən nazirliyin rayon şöbələrinin rəhbərlərindən əldə edir.

Belə ki, S.Müslümovun əmri ilə nazirliyin yerli qurumlarında təftiş aparılır, nöqsanlar aşkarlandığı təqdirdə həmin strukturun rəhbəri ilə əlaqə yaradılır.

S.Müslümov həmin şəxslərdən bundan əvvəl vəzifəyə təyin olunmaq və ya vəzifədə qalmağı müqabilində F.Ələkbərova nə qədər rüşvət verdiyini öyrənməyə çalışır.

Bu məqsəd üçün hətta nazirin yerli struktur rəhbərləri ilə yaratdığı telekörpüdən də istifadə olunur. Eyni məzmunlu söhbət bölgələrdə rəhbər vəzifə tutan bir neçə nəfərlə aparılsa da, onlardan hələlik bir nəfər - nazirliyin Quba rayon şöbəsinin rəhbəri bu barədə S.Müslümova məlumat verib.

Bundan sonra şöbə müdiri vəzifəsində saxlanılıb. Məlumata görə, S.Müslümov bu informasiyalardan daha sonra F.Ələkbərova qarşı istifadə edəcək.

Azər
AzNews.az