İrandan sərhəddəki atışma ilə bağlı Azərbaycana xəbərdarlıq

2 Dekabr 2013 11:45 (UTC+04:00)

Azərbaycan-İran sərhədində bir nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən hadisəyə İran tərəfindən münasibət bildirilib.

AranNews Azərbaycan-İran sərhəddində baş verən kiçik hadisələrin iki ölkənin sərhəd xidmətləri tərəfindən araşdırılmadan, rəsmi Bakı tərəfindən mediaya çıxarıldığını bildirib.

Saytın yazdığına görə, bu hadisənin düzgün qimətləndirilməsinə maneə törədir :

"İran İslam Respublikası Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqari Bakıya səfərindən sonra müxbirimizə açıqlamasında sərhədlə bağlı kiçik məsələlərin medialaşdırılması və onun barəsində Bakı medialarındakı mənfi təbliğatla əlaqədar deyib:

"Biz ümumiyyətlə razılıq əldə etdik ki, sərhəddə mövcud olan kiçik problemlər medialaşdırılmasın. Biz təxminən qonşu ölkələrin 14 sərhəd xidməti ilə birbaşa əlaqəyə malikik. Fikrimcə Azərbaycan Respublikası kimi heç bir ölkə bu məsələni gündəmə gətirmir.

Sırf yaxşı və müsbət əlaqələrimizin olduğunu söyləyib, lakin əməldə qanunlara sadiq olduğumu nümayiş etdirməsək, məncə bu yaxşı proses deyil".

Elnarə
AzNews.az