Metroda sərxoş kişi qatar xəttinin üzərinə düşdü

2 Dekabr 2013 13:22 (UTC+04:00)
Bakı metrosunda sərxoş şəxs qatar xəttinin üzərinə düşüb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də saat 18 radələrində metronun "Xalqlar Dostluğu" stansiyasında Lerik rayon sakini Əfsər Bayramov sərxoş halda qatar xəttinə yıxılaraq xəsarət alıb.

Ə. Bayramov xəstəxanaya yerləşdirilib.

AzNews.az