Riqada Azərbaycanı bu qız təmsil edəcək

3 Dekabr 2013 11:47 (UTC+04:00)
Dekabrın 7-də Latviyanın paytaxtı Riqada "Miss Top of the World-2013" beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.

Yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edəcək.

Bu haqda xəbəri "High Life Fashion & Model Academy"nin direktoru Aqil Məmiyev verib.

O bildirib ki, 22 yaşlı modelimiz artıq 2 gündür Riqadadır.

Müsabiqədə dünyanın 18 ölkəsindən qızlar iştirak edir.

AzNews.az