Ermənistanda qaz ucuzlaşır

3 Dekabr 2013 15:50 (UTC+04:00)
Ermənistanda qazin qiyməti ucuzlaşacaq.


Bu "ArmRosqazprom"um səhmlərinin 20 faizinin satışı nəticəsində mümkün olacaq.

Bu barədə məlumatı hakim Respublikaçılar Partiyasının deputatı Qalust Saakyan verib. AzNews.az erməni mətbuatına istinadən bildirir ki, aksyaların 20 faizinin "Qazprom"a satılması qiymətlərin aşağı salnmasını mümkün edəcək.

Deputat ucuzlaşmanın əhali qrupu istehlakçıları üçün də mümkün olacağını bildirib. Onun sözlərinə görə, ermənilərin qazı Rusiya istehlakçılarının aldığı qiymətə alması hakimiyyətə siyası cəhətdən də sərf edir.

Elnarə
AzNews.az