Azərbaycanda Monteneqro konsulluğu açılıb

3 Dekabr 2013 22:30 (UTC+04:00)
Monteneqronun Azərbaycanda fəxri konsulluğu açılıb. Bu ölkənin Azərbaycandakı səfiri Ramo Braliç konsulluğun açılışının hər iki ölkə üçün əlamətdar hadisə olduğunu bildirib. Səfir qeyd edib ki, fəxri konsulluğun fəaliyyətə başlaması Azərbaycan ilə Monteneqro arasında müxtəlif istiqamətlərdə, xüsusilə də siyasi, iqtisadi, kənd təsərrüfatı və mədəni sahələrdə əlaqələrin inkişafını sürətləndirəcək.

Vurğulanıb ki, qurumun fəaliyyətə başlaması ölkələr arasında bir sıra yeni layihələrin reallaşması baxımından da vacibdir. İki ölkə arasında qısa müddət ərzində yüksək əməkdaşlıq əlaqələrinin qurulduğu da diqqətə çatdırılıb. (ANS PRESS)