Rasim Balayev: “Qismətimdə bu əzablar da varmış”

4 Dekabr 2013 08:46 (UTC+04:00)
"Evdə dörd divar arasında oturmaq çətin deyil ki, əzabdır. Nə edim, qismətimdə bu əzablar da varmış, dözməliyəm".

Bunu AzNews.az-a Xalq artisti Rasim Balayev deyib.

R.Balayevin sözlərinə görə, ona maraqlı ssenarilərin olacağına dair söz verilsə də, indi vədinə əməl edən yoxdur:

"Yaxşı ssenari yoxdur. Düzdür, çəkirlər, onlar da məni qane etmir. O qədər söz verən var ki. Amma hanı? Onların biri də vədinə əməl etmir. Odur ki, bekarçııqdan boğuluram. Aktyorun vəzifəsi çəkiliş meydanıdır. Nə qədər ki, belə ssenarilər var o meydanlarda da bizim yerimiz yoxdur".

Xatırladaq ki, Rasim Balayev Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinomatoqrafçılar İttifaqında katib vəzifəsi daşıyıb. İttifaqla bağlı cinayət işi açılandan sonra qurumdan istefa verən R.Balayev uzun müddətdir ki, yaradıcılıqdan kənarda qalıb.

Bahar Rüstəmli
AzNews.az