Məşhur publisistin oğlu dəm qazından boğuldu- Bakıda (Yenilənib)

4 Dekabr 2013 11:28 (UTC+04:00)
AzNews.az xəbər verir ki, vəfat edən K.Ələddinovun 35 yaşı olub.

Hadisənin təfərrüatlarına gəlincə, olayın dekabrın 3-də axşam saatlarında baş verdiyi güman edilir.

Hadisə baş verən zaman K.Ələddinovun həyat yoldaşı və uşaqları qayınatasıgildə olub.

Ailə üzvləri ona zəng etsələr də, telefona cavab verməyib. Daha sonra ailə üzvləri evə gəlib, ancaq qapını açan olmayıb.

Dekabrın 4-də səhər saatlarında yenidən evə gedən ailə üzvləri içəri daxil olduqdan sonra hamamda K.Ələddinovun cəsədi ilə qarşılaşıblar.


***
12:18
Tanınmış publisist, ssenarist Rafiq Səməndərə ağır itki üz verib.

AzNews.az-a daxil olan məlumata görə, publisistin oğlu Kamran Ələddinov bu gün vəfat edib. K.Ələddinovun dəm qazından boğularaq vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Rafiq Səməndər məşhur "Yuxu" filminin ssenari müəllifi, Hacıbaba Bağırovun iştirakı ilə çəkilmiş "Sonqulunun sərgüzəştləri" ssenari müəlliflərindən biridir.

Onun yaradıcılığının şah əsəri kimi 20 yanvar şəhidlərinə həsr olunmuş "Şəhidlər" kitabı göstərilir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır.

Azər
AzNews.az