Rəqsanə 5 müğənninin adını açıqlayacaq

4 Dekabr 2013 12:33 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova hazırda İstanbuldadır.

AzNews.az-a açıqlama verən müğənni türkiyəli heyətlə nəzərdə tutulan layihələr həyata keçirir. Bundan əlavə Rəqsanə xanım söz və musiqisi özünə məxsus olan 5 mahnı hazırlayıb, oxuması üçün yerli sənətçilərimizə təqdim edəcək. Həmin mahnılar Türkiyədə oranjiman olunub.

"5 müğənninin kimliyini müəyyən etmişəm. Səslərinə dəyər verdiyim həmkarlarım oxuyacaq. Kişisi də var, qadını da. Bu mahnıları onlara hədiyyə olunacaq. Hələlik adlarını bəlli etmək istəmirəm. Gələn həftənin sonları Bakıya gələcəm. Mahnıları həmin ərəfədə təqdim edəcəm" – deyən Rəqsanə xanım sənəti ilə bağlı bir sıra yeniliklərin olacağını söylədi.

Bahar
AzNews.az