Çin səddi dağılır

10 Avqust 2012 10:59 (UTC+04:00)


Çin səddinin Hibey əyalətindəki hissəsi şiddətli yağışlar səbəbindən dağılma təhlükəsi ilə üz-üzə qalıb. Səddin Dacingmın adlı hissəsində artıq çökmə başlayıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zərər görən 36 metrlik ərazidə artıq təmir işləri başlayıb. Çində daha şiddətli yağışların olması gözlənilir.


Səadət Abbaslı

AzNews.az