Qobustana 3 milyon pul ayrıldı - SƏRƏNCAM

4 Dekabr 2013 17:54 (UTC+04:00)
Prezident İlham Əliyev Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda on beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılması nəzərdə tutulur.


AzNews.az