Mançesterdə Azərbaycan mədəniyyət günləri keçirilib

4 Dekabr 2013 20:03 (UTC+04:00)
Britaniyanın Mançester şəhərində Azərbaycan mədəniyyət günləri keçirilib.

APA-nın məlumatına görə, müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələrdən ibarət Mançester Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Mançester Universitetin ən böyük konsert zallarından birində baş tutan gecədə 350-dən artıq qonaq iştirak edib.

Təşkilatçılar bildiriblər ki, qonaqlar Azərbaycan yeməklərindən dadmaq, Azərbaycanın müxtəlif bölgələrini əks etdirən fotolara baxmaq və Azərbaycan haqqında məlumatlar qeyd olunmuş kitabçalarla, bukletlərlə tanış olmaq imkanı əldə ediblər.

Tədbirin bədii hissəsində Azərbaycan musiqiləri səsləndirilib. Malayziya, İspaniya və Çilidən olan tələbələr Azərbaycan rəqslərini ifa edib, "Sarı gəlin" mahnısını birgə oxuyublar.


AzNews.az