Gənc ailə dəm qazından boğuldu- FACİƏ

5 Dekabr 2013 10:12 (UTC+04:00)
Bakıda daha iki nəfər dəm qazından ölüb.

Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərindən qonaq gəlmiş və Naximov küçəsi 69 ünvanındakı qohumlarının evində qonaq olan 1989-cu il təvəllüdlü Verdiyev Tural Firuz oğlu və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Məhərrəmova Şahnaz Sadiq qızı dəm qazından zəhərlənib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənclərin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır. T.Verdiyev və Ş.Məhərrəmova bir neçə ay əvvəl ailə qurubmuş.

AzNews.az