Nazirlərinin görüşü gizli saxlanılıb? - FOTO

5 Dekabr 2013 10:39 (UTC+04:00)
Kiyevdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qapalı görüşü keçirilib.

AzNews.az əməkdaşı xəbər verir ki, Elmar Məmmədyarov və Edvard Nalbadyanın görüşü əvvəl planlaşdırıldığı kimi bu gün yox, dekabrın 4-də baş tutub.

Gizli görüş barədə Nazirlər Şurasının iclasını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən gələn 100-dək jurnalistə heç bir məlumat verilməyib. Görüşün keçirilməsi barədə məlumat isə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsində yazılıb. C. Uorlikin Twitter səhifəsində görüşdə çəkilən foto da paylaşılıb.

Aynur
AzNews.az