ATƏT sədri prezidentlərin görüşündən danışdı

5 Dekabr 2013 12:39 (UTC+04:00)
ATƏT-in hazırda fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən danışıb. Hər iki prezidenti göstərdikləri səyə görə alqışlayan ATƏT sədri Minsk qrupunun fəaliyyətini dəstəklədiyini bildirib.

AzNews.az-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, Kojara uzanmış münaqişələrin həllinə diqqət ayırdığını vurğulayaraq, bu ölkələrin hamısına səfər etdiyini qeyd edib.

2013-cü ilin yanvarından sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün noyabr ayına qədər baş tutmamasından narahatçılığını ifadə edən ATƏT sədri görüşlərin bərpasından məmnunluğunu gizlətməyib.

Aynur
AzNews.az