Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr- Sorğu

6 Dekabr 2013 09:43 (UTC+04:00)
Korrupsiyaya qarşı Mübarizə Fondu ölkədə korrupsiyanın səviyyəsi və ona qarşı mübarizənin vəziyyəti ilə bağlı sorğunu açıqlayıb.

Fonddan AzNews.az-a verilən məlumata görə, bu il keçirilən sorğunun nəticələri 2010-cu illə müqayisəli şəkildə təqdim olunub.

- Rəyi soruşulan insan rüşvət verdiyi halda məsuliyyət daşıdığını daha çox dərk etməyə başlayıb- 56% (2010)- 79%(2013)

- Əvvəllər rüşvətlə problemini həll etməyə çalışan vətəndaşlarımız indi daha çox dövlət orqanlarına müraciət etməyi üstün tutduğunu bildirir- 25% - 50%

- Korrupsiyaya qarşı mübarizənin vəziyyətinin onları qane etdiyini deyənlərin sayı artmışdır– 26% - 30%.

- Əvvəllər Azərbaycanda korrupsiyanın səviyyəsini yüksək qiymətləndirən vətəndaşlarımızın sayı– 52%-dən 33 %-ə enmişdir

- Vətəndaşlarımız korrupsiya əməllərinə görə cəzaların sərtləşdirilməsinə tərəfdar olduqlarını bildirirlər- 36% - 49%.

- Korrupsiyanı aradan qaldırmaq üçün ictimaiyyətin hansı addımları atması sualına isə daha çox insan rüşvət verməkdən imtina etməyi üstün sayırlar- 29% - 43%.

Korrupsiyanın (məişət korrupsiyası) yayılmasının səbəbini rəyi soruşulanlar qanunların icrasına nəzarətin zəif olmasında, əhalinin hüquqi savadsızlığında, yerli dövlət və bələdiyyə orqanlarının fəaliyyətinin şəffaf olmamasında və məmur özbaşınalığında görürlər.

Məlumat da o da qeyd olunub ki, bu araşdırma əsasən regionlarda keçirilib.

Daha çox korrupsiyaya uğramış orqanlar kimi səhiyyə, yerli icra hakimiyyəti orqanları, təhsil, polis, əmək və əhalinin sosial müdafiə mərkəzləri, tibbi-sosial ekspert komissiyaları, məhkəmə və digər qurumlar sadalanıb. Bundan əlavə, rəyi soruşulanların əksəriyyəti Azərbaycan prezidenti İlham Əliyevin korrupsiya qarşı mübarizə istiqamətində atdığı addımları dəstəklədiyini bildiriblər.

AzNews.az