Prokurorluqdan Natiq Ədilovla bağlı Rəsmi açıqlama

6 Dekabr 2013 10:45 (UTC+04:00)
Jurnalist Natiq Ədilova xəbərdarlıq bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi, tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə və KİV-də yaydığı əxlaqa və etika normalarına sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanov bildirib ki, N.Ədilova xəbərdarlıq qanun pozuntusundan çəkindirmək məqsədi ilə qanun çərçivəsində edilib.

Onun sözlərinə görə, hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən N.Ədilov da bilməlidir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir.

AzNews.az