Medvedyev Gürcüstan sərhədini yenə pozdu

10 Avqust 2012 14:14 (UTC+04:00)


Rusiyanın keçmiş prezidenti, indiki baş naziri Dimitri Medvedyevin Çixinvali səfəri gürcü cəmiyyətində böyük narazılıq yaradıb. AzNews.az newsgeorgia.com saytına istinadən xəbər verir ki, səfər Avqustun 8-də baş tutub.
Gürcü tərəfi bildirib ki, Rusiya baş nazirinin Çixinvaliyə səfəri Gürcüstan qanunlarının pozulması deməkdir. Söhbət 2008 – ci ilin payızında qəbul edilmiş " İşğal olunmuş ərazilər" haqqında qanundan gedir.
Qeyd edək ki, adı çəkilən qanuna görə, Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal olunmuş ərazilər hesab olunsada Gürcüstan yurisdiksiyasına aid edilir.


Sadiq

AzNews.az