Rus reperi Azərbaycan dilində rep oxuyacaq!

10 Avqust 2012 15:06 (UTC+04:00)


Məşhur rus reperi Timati Azərbaycan dilində rep oxuyacaq. Repin sözlərini bir müddət əvvəl "Tı kto takoy, davay dosvidaniya" meyxanası ilə məşhurlaşan İntiqam Rüstəmov yazacaq. Bu barədə AzNews.az saytına açıqlama verən İntiqam Rüstəmov bildirib ki, avqustun 22-si Rusiyaya gedərək "Tı kto takoy, davay, do svidaniya" klubunun açılışında iştirak edəcək. Timati məşhur ifadənin öz adına qeydiyyatdan keçirilməsi məsələsinin də müzakirə olunacağını söylədi.


Səadət Abbaslı

AzNews.az