Tarkanın konsertinə biletlərin qiyməti- 350 - 500 manat

6 Dekabr 2013 18:51 (UTC+04:00)
Türkiyənin meqastarı Tarkanın dekabrın 31-də Qubada verəcəyi konsertə biletlərin qiymətləri məlum olub.


AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, Yeni il gecəsində iştirak etmək istəyənlər 2 növ bilet sifariş verə bilər.

Standart biletlərin qiyməti 350 manat, VİP bilet isə 500 manatdır. VİP bilet sahiblərinə özəl xidmət göstəriləcək.

Tamaşaçılar gecə saat 11-də "Rixos Hotel"də qarşılanacaq. Saat 12-dək onlara pulsuz içki və soyuq qəlyanaltı masası təklif olunacaq.

Saat 12-də Yeni il atəşfəşanlığı başlayacaq və bundan sonra Tarkan səhnəyə çıxacaq.Müğənninin ifası saat 00:30-dan 02:30-dək nəzərdə tutulub. Daha sonra yenidən içki və soyuq qəlyanaltı süfrəsi qonaqların ixtiyarına veriləcək. Gecə saat 3-də isə səhnəyə türkiyəli dicey Burak Yetər çıxacaq.

AzNews.az