Yanukoviç Putinlə təcili görüşüb

6 Dekabr 2013 19:07 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirir.

"Ukrayna prezidenti Çində geri dönən zamanı Soçiyə enib. Qısa işgüzar görüş zamanı cari məsələlər müzakirə edilib", - deyə Peskov bildirir. Bu həftə Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarlarının iri miqyaslı etiraz aksiyaları fonunda Viktor Yanukoviç Çinə uçmuşdu.


AzNews.az