Miqrasiya Mərkəzinin nümayəndəsi azərbaycanlılarla görüşdü- Kiyevdə

6 Dekabr 2013 19:32 (UTC+04:00)
"Azərbaycan Miqrasiya Mərkəzi"nin nümayəndəsi Aynur İmranova Ukraynada siyasi vəziyyətin kəskinləşməsi ilə əlaqədar Kiyevdə yaşayan azərbaycanlılarla görüşüb.

Həmyerlilərimizin vəziyyəti ilə maraqlanan Aynur İmranova Kiyevdəki gərgin siyasi vəziyyətin vətəndaşlarımıza təsirini öyrənməyə çalışıb.

AzNews.az xəbər verir ki, Ukraynada yaşayan azərbaycanlılar durumlarının stabil olduğunu, keçən həftə paytaxtda yaşanan qarşıdurmada həmyerlilərimizdən heç kimin xəsarət almadığını, aksiyalarda azərbaycanlıların da fəal iştirak etdiyini bildiriblər.

Görüşdə həmyerlilərimiz Rusiya ilə müqayisədə Ukraynda azərbaycanlılara münasibətin müsbət olması, miqrantların ciddi problemlərlə üzləşmədiyi, onların işləməsi üçün müsbət zəmin yaradıldığı vurğulanıb.

Elnur
AzNews.az