“Ksave“ qasırğası Avropanı əsir etdi - 9 nəfər öldü

6 Dekabr 2013 22:13 (UTC+04:00)

AzNews.az Deutshe Welle agentliyinə əsaslanan rus mətbuatına istinadən xəbər verir ki, Avropanı çənginə alan "Ksave" qasırğası 9 nəfərin həyatına son qoyub. Qasırğadan həm də Polşanın, Almaniyanın, Niderlandın, İsveçin, Danimarkanın da rayonları ziyan çəkiblər.
Qasırğanın sürəti saatda 160 km - ə çatıb.
Kalininqradda "Ksave" ağacları və dirəkləri yerindən çıxarıb. Bu vilayətdə №1 işarəsi altında fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Əli
AzNews.az