Ukrayna müxalifəti şərtlərini irəli sürüb

6 Dekabr 2013 23:20 (UTC+04:00)
Ukrayna müxalifəti hakimiyyətlə danışıqlara başlamaq üçün öz şərtlərini irəli sürüb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu UDAR partiyasının lideri Vitali Kliçko deyib.

Kliçko bildirib ki, irəli sürülən şərtlər arasında Avropa meydanında saxlanılanların hamısının azadlığa buraxılması, etirazçıları noyabrın 30-da və dekabrın 1-də döyən milis əməkdaşlarının cəzalandırılması, daxli işlər naziri Vitali Zaxarçenkonun və bütün hökumətin istefası tələbi var.

"Yalnız bundan sonra biz danışıqlara başlayacağıq", - deyə o vurğulayıb.


AzNews.az