Quba və Şəkidə yaşayış evləri yandı

7 Dekabr 2013 08:25 (UTC+04:00)
Qubada və Şəkidə yaşayış evlərində yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Quba rayonu, Amsar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin 2 otağının yanar konsruksiyaları 54 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şəki rayonu, Aşağı Şabalıd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaqlı eyvandan ibarət kürsülu evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az