FHN qurumları arasında sərbəst güləş çempionatı keçirilib
7 Dekabr 2013 09:29 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi silsilə yarışlara yekun vurub.
Dekabrın 5-6-sı FHN qurumları arasında sərbəst güləş çempionatı keçirilib. İdman-sağlamlıq klubunun keçirdiyi yarışa 18 qurumdan 100-ə yaxın idmançı qatılıb.
Artıq 4-cü dəfədir baş tutan yarış şəxsi və komanda hesabında olmaqla 7 çəki dərəcəsi üzrə keçirilib.
Yarışlara baş hakim Zakir Məmmədov və hakimlər kollegiyası hakimlik edib.
Yarışan idmançılar arasında xüsusi olaraq 3 qat Azərbaycan çempionu, Avropa bürünc medalçısı, dünya kubokunun sahibi, beynəlxalq turnirlərin mükafatçısı 60 kq-da Cəlal Süleymanov (XRXX), beynəlxalq turnirin qalibi 66 kq-da Tural Umayev (XRXX), respublika 2-cisi Əsgər Eldarov 96 kq-da (XRXX), 3 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, Avropa bürünc medalçısı 120 kq-da Səbuhi Hümbətov (XRXX) və başqaları iştirak edib.
Qalibləri Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Olimpiya çempionu Namiq Abdullayev, Sambo üzrə 8 qat dünya çempionu Ceyhun Məmmədov, Avropa çempionu İlham Humayev, Olimpiya çempionu Toğrul Əsgərov, FHN İSK-nın rəisi, polkovnik Füzuli Musayev diplom, medal və hədiyyələrlə təltif edib.
AzNews.az