Malta Ukrayna prezidentini qəbul etmədi

7 Dekabr 2013 12:05 (UTC+04:00)

Ukrayna prezidenti Viktor Yanukoviçin Maltaya gözlənilən səfəri baş tutmayıb.

Prezidentin saytında yayılan açıqlamada Yanukoviçin Maltaya səfərinin qeyri- müəyyən müddətə təxirə salındığı, prezidentin daxili problemlərin həllinə üstünlük verdiyi bildirilir.

AzNews.az-ın Kiyevə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, ölkə daxilində səfərin təxirə salınmasını başqa səbəblərlə əlaqələndirirlər.

Belə ki, Vilnüs sammitindən sonra bu Yanukovicin Avropa İttifaqı üzvü olan ölkəyə ilk səfəri olacaqdı. Malta isə Yanukoviçi prezidentlər üçün nəzərdə tutulan prosedura uyğun xüsusi mərasimlə qəbul eləməkdən imtina edib. Yanukoviç də bunu hörmətsizlik kimi qəbul edərək səfəri qeyri- müəyyən müddətə təxirə salıb.

Xatırladaq ki, Ukrayna Avropa itifaqı ilə sazişi imzalamaqdan imtina edib. Bundan sonra Ukrayna xalqı küçələrə çıxaraq, Avropaya inteqrasiyaya tərəfdar olduqlarını bildirib.

Aynur
AzNews.az