Rafiq Hüseynov: "Yanımda həkim ordusu var"

7 Dekabr 2013 12:39 (UTC+04:00)
"Hazırda Türkiyədəyəm. Özümü əla hiss edirəm. Çünki bilirəm ki, yanımda böyük həkim ordusu var. Bir şey olsa onlar əllərindən gələn dəstəyi verəcək".


Bunu AzNews.az-a tanınmış diktor, Xalq artisti Rafiq Hüseynov deyib.

Onun sözlərinə görə, dekabrın 9-da həkim müayinəsindən keçəcək: "Birinci gün müayinə olunacağam. Dekabrın 10-da isə əməliyyat günü bəlli olacaq. Sağ olsun ki, xalqım məni unutmur, hamınızı öpürəm".

Xatırladaq ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, əməliyyat üçün Türkiyənin "Florens Naytngel Hospital" klinikasına müraciət edib.

Bahar Rüstəmli
AzNews.az