Sabir Rüstəmxanlı Almaniyaya getdi - Səbəb

7 Dekabr 2013 12:30 (UTC+04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Avropaya yola düşüb.


VHP-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, millət vəkili dekabrın 7-8-də Almaniyanın Frankfurt şəhərində Güney Azərbaycanla bağlı olan siyasi təşkilatların toplantısında iştirak edəcək.

Toplantıda məqsəd mühacirətdə fəaliyyət göstərən Güneylə bağlı siyasi qurumların əməkdaşlığını daha sıx koordinasiya etmək, həmçinin İranda, bölgədəki son siyasi prosesləri, Güneydəki soydaşlarımızın vəziyyətini müzakirə etməkdir.

Sabir Rüstəmxanlı toplantıda Dünya Azərbaycanlıları Konqresini həmsədr olaraq təmsil edəcək.

Toplantı çərçivəsində Güney Azərbaycan milli hökumətinin qurulmasının 68-ci ildönümü – 12 dekabr "21 Azər" günü də qeyd ediləcək.

Görüşə DAK İH-nin daha bir neçə üzvünün qatılması da nəzərdə tutulur.

AzNews.az