20 kq kürü aparmaq istəyən şəxs tutuldu

7 Dekabr 2013 18:06 (UTC+04:00)
Moskva – İstanbul reysi ilə uçan təyyarədə qanunsuz yolla 20 kq qara kürü aparmaq istəyən azərbaycanlı saxlanılıb.

AzNews.az xəbər verir ki, hadisə Domededovo hava limanında qeydə alınıb.

Gömrük baxışı zamanı həmyerlimizin baqajından nərə balıqları kürüsü ilə dolu 40 banka aşkarlanıb. Sərnişin bildirib ki, kürünü Moskva bazarından qarşıdakı bayramlar üçün 15000 rubla (təqribən 500 dollara) alıb. Kürülər ekspertizadan keçirildikdən sonra qanunvericiliyə uyğun müvafiq prosessual qərar veriləcək.

Qeyd edək ki, Gömrük İttifaqına daxil olan ölkələrin ərazisindən şəxsi istifadə üçün 250 qramdan çox nərə balığı kürüsünün aparılmasına icazə verilmir. ( Lent.az)