32 yaşlı qadın daşla qətlə yetirildi

9 Dekabr 2013 09:42 (UTC+04:00)
Azərbaycanda 32 yaşlıq qadın qətlə yetirilib.

Yevlax Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Sərxan Əli oğlu Əsədov keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Esmira Həsən qızını Əsədovanın başına daşla vuraraq qətlə yetirib.

Hadisəni törədən S. Əsədov polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az