Müsavat bu gün Milli Şura ilə bağlı son qərarını verəcək

9 Dekabr 2013 10:53 (UTC+04:00)
Bu gün Müsavat Partiyası Milli Şuradakı fəaliyyətinə son qoya bilər. Bu barədə AzNews.az-a Müsavat Partiyasından məlumat verilib.

Mənbənin verdiyi məlumata görə, partiya Divanının bu gün keçiriləcək yığıncağında əsas müzakirə mövzusu Rüstəm İbrahimbəyovun fəxri sədr olması və bununla bağlı Müsavatın mövqeyi ilə bağlı olacaq.

Divanın qərarına əsasən partiya Milli Şura ilə bağlı son mövqeyini açıqlayacaq, partiyanın adıçəkilən qurumda qalıb-qalmayacağına aydınlıq gətiriləcək.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun fəxri sədr seşilməsi Müsavat partiyasının kəskin narazılığına səbəb olmuşdu və bu qurumun Milli Şuradan çıxacağı məsələsini gündəmə gətirmişdi.

Elvin
AzNews.az