Tarkan azərbaycanlı iş adamına “yox“ dedi

9 Dekabr 2013 14:46 (UTC+04:00)
Türkiyəli müğənni Tarkan Azərbaycanda ad günü mərasiminə qatılmaqdan imtina edib.

Bu barədə "Posta" qəzeti məlumat yayıb.

Yazıda bildirilir ki, dekabrın 31-də Qubada konsert verəcək sənətçiyə eyni zamanda yanvarın 2-də azərbaycanlı iş adamının 100 nəfərlik doğum günü tədbirinə qatılmaq təklif olunub. Bunun qarşılığında isə ifaçıya 1 milyon türk lirəsi (təxminən 450 min azn) və müxtəlif hədiyyələr bağışlanacağı vəd edilib. Tarkan təklifə meneceri vasitəsilə "yox" cavabı verib. O deyib ki, heç vaxt ad günü və toy məclislərinə qatılmır.

Məqalədə həmçinin Tarkanın fevralın sonunda yenidən Azərbaycanda konsert verəcəyi vurğulanıb. O, bununla 700 min lirə pul əldə edəcək.

Qəzetin məlumatına görə, Azərbaycan dünya ulduzları üçün böyük qazanc mənbəyidir. 2012-ci ildə Bakıda konsert verən Rihanna 2 milyon dollar, Cennifer Lopez isə 400 min dollar gəlir götürüb.(axsam.az)