Bakıda ailə faciəsi

9 Dekabr 2013 17:24 (UTC+04:00)
Bakıda ailə faciəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Arif İsmayılov küçəsi, ev-39 ünvanında qeydə alınıb. Həmin ünvanda naməlum kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib. İlkin araşdırma zamanı meyiti tapılan şəxsin, elə həmin ünvanda yaşayan, 1982-ci il təvəllüdlü Zaur Ramiz oğlu İbrahimov olması müəyyən edilib.

Meyit müayinə üçün ekspertizaya aparılıb. İlkin ekspert rəyinə görə, Z. İbrahimov ürək tutmasından dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, Z. İbrahimovun atası Ramiz İbrahimov da 3 gün öncə infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Z. İbrahimovun atasının xəstəliyinə dözməyərək infarkt keçirdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Z. İbrahimovun anasının da bir neçə il əvvəl infarktdan dünyasını dəyişdiyi bildirilib.



AzNews.az