Ermənilər atəşkəsi yenə pozdu

11 Avqust 2012 07:46 (UTC+04:00)


Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunu bir neçə istiqamətdən atşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan; Ağdam rayonunun Şuraabad, Qaraqaşlı, Sarıcalı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.


İlkin

AzNews.az