Qusarda kişi şaxtadan donub öldü

10 Dekabr 2013 11:19 (UTC+04:00)
Şaxtalı hava şəraiti Qusar rayonunda ölümə səbəb olub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 9-da Qusar rayonu Yırğıkek kənd sakini Şeydabəy Novruzbəyov həyətində şaxtadan donaraq ölüb.
Araşdırmalar aparılır.

Qeyd edək ki, son günlərdə ölkənin şimal bölgələrində qarlı-şaxtalı hava şəraiti müşahidə olunur.

AzNews.az