Malayziyanın Fetrofild SKS şirkəti İranın Şiraz şəhərində inşa olunacaq neftayırma zavodunu maliyyələşdirməkdən imtina edib. APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın neft nazirinin müavini Əlirza Zeyğəmi bildirib. Onun sözlərinə görə, Malayziya şirkəti İranla müqaviləni birtərəfli qaydada ləğv edib: "Bu səbəbdən İran da zavodun inşasını yerli şirkətə verib. Bununla da İranın ilk milli neftayırma zavodu Şiraz şəhərində yerli mütəxəssislər tərəfindən tikiləcək".
Qeyd edək ki, layihənin dəyərinin 1 milyard 300 milyon dollar olduğu bildirilir.
AzNews.az